Xocalı rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi və “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.2. bəndinə uyğun olaraq 11.10.2022-ci il tarixdə Goranboy rayonu ərazisində salınmış Yeni yaşayış massivində fəaliyyət göstərən Xocalı şəhər 4 saylı kənd tam orta məktəbində şagirdlər, müəllimlər və valideynlər arasında maarifləndirici görüş keçirildi.Görüşdə bildirilmişdir ki, “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunmuş və bu prioritetlərə söykənən “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanmışdır. Bu Strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcəkdir.Əhalinin sosial müdafiəsi, xüsusilə həssas təbəqələrin sosial təminatı gücləndiriləcək, pensiya sistemində mühüm keyfiyyət dəyişikliyi baş verəcəkdir.Tədbirdə həmçinin gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniyanın, alkoqollu içkilərin insan sağlamlığına mənfi təsiri ilə bağlı profilaktik söhbət aparıldı və bununla bağlı videoçarxlar nümayiş etdirildi, bukletlər paylanıldı.